Olimpiya xartiyasına əməl etməməyi səbəb gətirməklə iranlı idmançıların 2024-cü il oyunlarından uzaqlaşdırılması tələb olunur.
Aralarında iranlı Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi və WBA çempionu Mahyar Monşipurun da olduğu bir qrup fəal Beynəlxalq Olimpiya Komitəsinə məktub göndərərək, qadınlara qarşı ayrıseçkiliyə görə İran komandasının olimpiadada iştirakının dayandırılmasını tələb edib.
Məktub müəllifləri hesab edir ki, İran Olimpiya xartiyasının dəyərlərinə hörmət etmir. Onların fikrincə, ölkədə qadınların idmanla məşğul olmaq hüququ pozulur.
Məktubda 1970-ci ildə aparteid siyasətinə görə Cənubi Afrikanın Olimpiya hərəkatından kənarlaşdırılması da misal çəkilir.
Müraciət edənlər ən pis halda qadınların iştirakına icazə verilməyən növlər üzrə (güləş, boks, üzgüçülük, voleybol, gimnastika, yelkənli idman və sair) iranlı idmançıların xaric edilməsinə nail olmağa çalışırlar.