Leandro Trossardın Belçika millisinin heyətində AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan (1:0) və Estoniya (5:0) ilə oyunlardakı performansı təkcə yığmanın baş məşqçisi Domeniko Tedeskonu sevindirməyib.

Futbolinfo.az Britaniya mətbuatına istinadla xəbər verir ki, “Arsenal”ın baş məşqçisi Mikel Arteta da oyunçusunun performasından razı qalıb.

Yanvarda “Brayton”dan transfer edilən yarımmüdafiəçi cari mövsüm Premyer Liqanın ilk 4 turunun yalnız ikisində meydana çıxa bilib. Ancaq onun millidəki çıxışı Artetanın fikrini dəyişib.

Hər iki qarşılaşmanı izləyən mütəxəssis 28 yaşlı oyunçuya qarşıdakı matçlarda start heyətində şans verməyi planlaşdırır. Sentyabrın 17-də Premyer Liqanın V turu çərçivəsində “Everton”la çətin səfər görüşündə Trossardın ilk dəqiqələrdən meydana olması gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisi ilə Bakıdakı oyunun ən yaxşılarından sayılan Leandro Trossard Estoniya ilə görüşdə bir qola imza atıb.

Shares: