Bolqarıstan çempionatında 9-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Botev Vratsa” ilə qarşılaşıb və darmadağınla qalib gəlib – 4:0.

Cəlal bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Arda” 9 turdan sonra 13 xalla 6-cı pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp