“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 final mərhələsində İsrailin “Red Meat Tad” kollektivi ilə üz-üzə gəlib.
Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında rəqibini 5:4 hesabı ilə üstələyən “Zəngəzur” yarımfinala yüksəlib.