Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən Açıq Avropa turnirinin ilk yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 gümüş medal qazanıb.

Futbolinfo.az xəbər verir ki, 16 sentyabrda oğlanlar arasında -60 kq., -66 kq. -73 kq. çəki dərəcələrində 14 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

-66 kq. çəki dərəcəsində İslam Rəhimov final görüşündə Böyük Britaniya təmsilçisi Samue Hall ilə güclərini sınayıblar. Nəticədə İslam yarışın gümüş medalını əldə edib.

-73 kq. çəkidə Nəriman Mirzəyev finalda isveçrəli idmançı Naim Mata qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp