Bu gün Çempionlar Liqasının yeni mövsümünün qrup mərhələsinə start verilir. Builki turnir “Yanq Boyz” – “Leypsiq” və “Milan” – “Nyukasl” qarşılaşmaları ilə açılır.

“Gracenote” və “Hypercube” statistik şirkətlərinin birgə hazırladığı “Euro Club Index” superkompüteri 2023/24 mövsümü üçün Çempionlar Liqasında qrup mərhələsi üçün proqnoz verib. Əvvəlcə qruplarda hansı komandaların qərarlaşdığına diqqət yetirək.

076d57f5 229d 4e2b a2d3 100e07ff9f68 - Futbolinfo.az

Göründüyü kimi, favoritlərin olduğu və bərabər gücə malik komandaların yer aldığı qruplar mövcuddur. Bu mənada F qrupunu “ölüm qrupu” adlandırmaq olar.

Superkompüterə görə, səkkiz komandanın Çempionlar Liqasının pley-off mərhələsinə çıxmaq şansı olduqca yüksəkdir. “Mançester Siti” üçün bu göstərici 99%-a bərabərdirdir. Kompüterin versiyasına görə Çempionlar Liqasının hazırkı qalibi “Leypsiq”, “Srvena Zvezda” və “Yanq Boyz”la heç bir problem yaşamayacaq. Bukmeker kontorları da Qvardiolanın komandasını qələbəyə əsas namizəd sayır.

A qrupunda “Bayern”, C qrupunda Madrid “Real”ı, H qrupunda “Barselona”, E qrupunda “Atletiko”, B qrupunda “Arsenal” aşkar favorit göstərilir. “Mançester Yunayted” 83% , “Leypsiq” isə 81% ehtimalla ikinci yerdən pley-offa yüksələcək.

“Ölüm qrupu”nun mənzərəsinə baxdıqda “Milan” və “Nyukasl”a daha az şans verilir. Bunu faizlə bölsək, belə bir cədvəl görə bilərik: PSJ – 62%, “Borussiya” – 52%, “Milan” – 48% və “Nyukasl” – 38%.

Superkompüterin fikrincə, “Arsenal”, “Sevilya”, PSV və “Lans”ın oynayacağı B qrupundan “Arsenal” (86%) və PSV (48%) növbəti mərhələyə keçəcək.

Superkompüter həmçinin Çempionlar Liqasının 1/4 finalçılarını proqnozlaşdırmağa çalışıb. Ehtimala görə, ən yaxşı 8 komanda arasında olmaq faizləri belədir: “Mançester Siti” – 86%, “Real” – 65%, “Bayern” – 65%, “Barselona” – 55%, “Arsenal” – 52%, “Atletiko” – 48%, “Mançester Yunayted” – 47%, “İnter” – 43%.

1d5bcdc2 002d 4f97 9972 52bc7f2eaee9 - Futbolinfo.az

Proqnozlardan sonra komandaların yayda xərclədiyi pullara da nəzər yetirmək maraqlıdır. Bu transfer pəncərəsi Səudiyyə Ərəbistanı klublarının hegemonluğu ilə yadda qalacaq. Onlar bacardıqları qədər bir çox ulduz futbolçunu ölkələrinə aparmağa çalışdılar. Bununla belə, qitənin özündə də çox pul xərcləyən klublar oldu.

Siyahıya nəzər saldıqda diqqəti çəkən “Barselona” klubunun yeridir. Kimin ağlına gələrdi ki, bütün iştirakçılar arasında ən az xərcləyən məhz Kataloniya klubu olacaq? Xavinin komandası bu yay yalnız Oriol Romeuya pul ödəyib. Bütün digər oyunçular ya icarə ilə, ya da azad agent kimi gəliblər. Hətta “Yanq Boyz” belə onlardan daha çox xərcləyib.

Ənənəvi olaraq zirvədə üç İngiltərə komandası və bir Fransa klubu var. PSJ kütləvi satınalma prosesini həyata keçirərək  Randal Kolo-Muani (95 milyon), Manuel Uqarte (60 milyon), Osman Dembele (50 milyon), Lukas Hernandez (45 milyon), Bredli Barkola (45 milyon) və bir sıra digər futbolçuları heyətinə qatıb.

“Mançester Siti” heç də onlardan geri qalmayıb. Yoşko Qvardiol (90 milyon), Mateus Nunyes (62 milyon), Ceremi Doku (60 milyon) alınanların bəziləridir. “Arsenal” (Deklan Rays – 120 milyon, Kay Havertz – 75 milyon) və “Mançester Yunayted” (Rasmus Hoylund – 75 milyon, Meyson Maunt – 64,2 milyon, Andre Onana – 52,5 milyon) klubları da diqqətdən kənarda qalmayıb.

Ayrı-ayrılıqda baxıldıqda “Bayern”in Harri Keyn üçün 100, “Real”ın isə Cud Bellingem üçün  103 milyon avro ödədiyi seçilir. “Nyukasl”ın Sandro Tonali (64 milyon), Harvi Barns (44 milyon) və Tino Livramentonu (37,2 milyon), “Leypsiq”in isə Loi Openda (38,5 milyon), Kastello Lukeba (30 milyon), Kristof Baumqartner (24 milyon) və Benjamin Şeşkonu (24 milyon) transfer etməsi də qeyd edilməlidir.

Digər komandaların xərcləri ilə cədvəldə tanış olmaq olar:

bec43e87 dfb5 492c 99ab a5bcff3508ac - Futbolinfo.az
Shares: