Azərbaycanın çimərlik voleybolu üzrə iki klubu Avropa Kubokunda (Beach Volley European Cup) mübarizəyə başlayır.

Futbolinfo.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) ilk dəfə təşkil etdiyi yarış Türkiyənin Balıkesir şəhərində təşkil olunacaq.

Bu gün start götürən turnirdə qadınlardan ibarət “Azərreyl”, kişlərdə isə “Murov Az Terminal” komandaları mübarizə aparacaq. Hər iki kollektiv A qrupunda yer alıb.

“Azərreyl”in rəqibləri “Beach Volley Training Beinasco” (İtaliya), “Re Beach Club” (Fransa), “Bergstrand BV” (Avstriya), “Altınyurt Spor Kulübü” (Türkiyə) olacaq.

“Murov Az Terminal” isə “Beach Volley Training Beinasco” (İtaliya), “ABC Wörthersee” (Avstriya), “Beachbol La Malva Valencia” (İspaniya), “Kartal Anadolu Spor Kulübü” (Türkiyə) ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Kuboku oktyabrın 8-də başa çatacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp