2030-cu ildə 6 ölkədə keçiriləcək dünya çempionatının oyunlarının şəhərlər üzrə necə paylanacağı bəlli olub.

Məlum olduğu kimi, FİFA turnirə İspaniya, Portuqaliya və Mərakeşin ev sahibliyi etməsinə qərar verib. Dünya çempionatlarnın yüzilliyinə görə isə ilk üç oyun Uruqvay, Argentina və Paraqvayda keçiriləcək.

“Cope”nin yaydığı xəbərə görə, İspaniyada 11, Portuqaliyada 3, Mərakeşdə isə 1 stadion turnirin matçlarını qəbul edəcək. Halbuki Mərakeş Kral Futbol Federasiyası daha çox oyunun qəbul edilməsini istəyir.

İspaniyada 2030-cu il dünya çempionatının oyunlarının Madriddəki “Santyaqo Bernabeu” və “Metropolitano”, Barselonadakı “Camp Nou” və Sevilyadakı “La Cartuja” stadionlarında oynanılacağı artıq dəqiqdir. Finalın “Santyaqo Bernabeu”da olacağı da dəqiqdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp