“Alfa Romeo” komandası avtomobil satışından sonrakı xidmət sektorunda qlobal lider olan “Fix Network” şirkəti ilə sponsorluq müqaviləsinin ımzalandığını elan edib.

Futbolinfo.az xəbər verir ki, Qətər qran-prisindən başlayaraq şirkətin loqosu Valtteri Bottas və Quanyu Çjounun idarə etdiyi avtomobillərinin arxa qanadının daxili lövhələrində əks olunacaq.

“Alfa Romeo” komandasının nümayəndəsi Alessandro Aluni Bravi: “Fix Network”u tərəfdaşlarımızın ailəsində salamlamaqdan məmnunam. Əməkdaşlıq vasitəsilə “Alfa Romeo” komandası “Fix Network”a Formula 1 izləyiciləri tərəfindən tanınmağa, brendin populyarlığını artırmağa və xidmətlərini bütün dünya üzrə satmağa kömək edəcək”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp