Futbolinfo.az “Misli” ilə reallaşdırdığı layihəni davam etdirir. Həftədə iki dəfə təxminlərimizlə tanış olmaq imkanınız olur. Variantları statistikaya əsaslanaraq təqdim edir, qazanmağınıza yardımçı oluruq.

Hər həftənin çərşənbə axşamı və cümə günləri qarşıdakı 3-4 günün oyunları ilə tanış olacaq, uyğun bildiyiniz matçları kuponunuza daxil edəcəksiz.

Artıq ilk variantlarımızdan yararlanmaq imkanınız olub. Bu həftəiçi yenə mərc etməyiniz üçün məsləhətimiz var.

BANKO KUPON ÜÇÜN

Liverpul – Everton: 1

* “Liverpul” bu mövsüm “Enfild”də keçirdiyi 3 oyunun hamısında qalib gəlib.

* “Liverpul” son 3 oyununun hərəsində 3 qol vurub.

* “Everton” bu mövsüm 8 oyunun 5-də məğlub olub

* “Liverpul” son 4 oyunun 3-də “Everton”u məğlub edib.

* “Everton” son 3 oyunda “Liverpul”a qol vura bilməyib.

SÜRPRİZ KUPON ÜÇÜN

Torino – İnter: 1x

* “Torino” bu mövsüm evdə məğlub olmayıb.

* “Torino” bu mövsüm evdə 3 oyuna 1 qol buraxıb.

* “İnter” son 3 oyunun 2-də qalib gələ bilməyib.

* “Torino” “İnter”ə qarşı keçirdiyi son 4 oyunun heç birində 2 qol buraxmayıb.

QARIŞIQ KUPON ÜÇÜN

Selta – Atletiko Madrid: 2

* “Atletiko” son 4 oyunda “Selta”nı məğlub edib.

* “Atletiko” Viqoda son 4 görüşdə xal itirməyib.

* “Selta” bu mövsüm 9 oyuna yalnız 1 qələbə qazanıb.

* “Atletiko” son 4 oyunda rəqiblərini məğlubiyyətə uğradıb.

ARZULANAN KUPON ÜÇÜN

Borussiya Dortmund – Verder: üst

* “Borussiya” son 5 oyunun 4-də “üst” oynayıb.

* “Borussiya” bu mövsüm bütün oyunlarda qol vurub.

* “Verder”in son 5 oyununun hamısı “üst” yekunlaşıb.

* “Verder” son 2 səfər oyununun hərəsində 2 qol vurub.

* Bu komandalar arasında keçirilən son 4 oyun “üst” başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp