Argentina millisinin hücumçusu Lionel Messinin “İnter Mayami” ilə müqaviləsinin təfərrüatları məlum olub.

Futbolinfo.az “Los Angeles Times”a istinadən xəbər verir ki, argentinalı futbolçunun əsas maaşı 12 milyon dollar, zəmanətli təzminatı isə 20,4 milyon dollardır.

Bundan əlavə, geyim istehsalçısı və MLS yayım xidməti ilə razılıq müqavilələri oyunçunun illik gəlirini 50-60 milyon dollara qədər artıra bilər.

Messi hazırda MLS tarixində ən çox maaş alan oyunçudur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp