Nəhayət ki, Gəncə futbolsevərlərinin çoxdankı arzusu reallaşmağa doğru irəliləyir. Söhbət şəhər stadionunun yenidən qurulmasından gedir.

Bir çox məşhur oyuna ev sahibliyi edən, azarkeş rekordlarının qeydə alındığı Gəncə şəhər stadionu sökülərək yerində müasir standartlara uyğun yeni arena inşa olunacaq. 61 ildir istifadədə olan şəhər stadionunun qəzalı vəziyyətdə olması heç kimə sirr deyildi. Hətta “Kəpəz” bir müddət ev oyunlarını Gəncədən uzaq düşməklə keçirirdi.

Mərkəzi arenanın bu halı nə azarkeşləri, nə də komandanı razı salırdı. Odur ki, prezident İlham Əliyevin oktyabrın 6-da imzaladığı sərəncam bütün futbol ictimaiyyəti üçün sevindirici oldu.

Artıq Gəncə stadionu təmir üçün bağlanır. Mühafizə divarları çəkilir, tezliklə qızğın iş başlayacaq.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp