“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Misli Premyer Liqasının ilk dövrəsində əldə etdikləri nəticədən razıdır. Moldovalı futbolinfo.az saytına bu barədə danışıb.

Avram ilk dövrədə üstələdikləri “Qəbələ” ilə oyunun çətin keçəcəyini düşünür: “Düzdür, ilk dövrədə “Qəbələ”ni üstələməyi bacarmışdıq. Ancaq o oyundan xeyli vaxt keçib. Bilirik ki, budəfəki görüş tam fərqli olacaq. Səfərdən yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik”.

O, komandasının topladığı 14 xaldan məmnundur: “İlk dövrə bizim üçün çox yaxşı period oldu. Daha çox xal toplamaq olardımı? Bu barədə bir söz deyə bilmərəm. Əsas odur ki, birinci dövrədə olduğu kimi, məşqlərdə var gücümüzlə iştirak edək və yeni qələbələr qazanaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp