“Nyukasl”ın baş məşqçisi Eddi Hau İngiltərə millisinə rəhbərlik edə biləcək namizədlər sırasındadır.

Futbolinfo.az xəbər verir ki, İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt 2024-cü il Avropa çempionatından sonra komandanı tərk edə bilər.

Federasiya onun müqaviləni yeniləmək öhdəliyinə şübhə edir və artıq əvəzedici axtarmağa başlayıb.

İngilislər üçün əsas variant “Nyukasl”ın baş məşqçisi Eddi Haunun namizədliyidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp