“Roma” müdafiəçisi Nikola Zalevski və yarımmüdafiəçisi Stefan El-Şaravinin mərc oyunlarında iştirak etməkdə ittiham edilməsi ilə bağlı açıqlama yayıb.

Futbolinfo.az “Roma”nın mətbuat xidmətinə istinadən xəbər verir ki, klub hər iki futbolçuya öz dəstəyini ifadə edib:

“Klubun bəzi oyunçularının futbol mərcləri ilə əlaqədar araşdırmada iştirakı ilə bağlı son şayiələrə cavab olaraq, “Roma” nüfuzuna xələl gətirən fərziyyələrə məruz qalan Nikola Zalevski və Stefan El-Şaraviyə tam dəstəyini bildirir. Klub futbolçuların hər ikisinə tam güvənir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp