“Yuventus”un keçmiş cinah oyunçusu Duqlas Kosta İtaliya klubuna qayıtmaq istədiyini etiraf edib.

Futbolinfo.az xəbər verir ki, azad agent statusunda olan futbolçu, eyni zamanda, digər klublarla da əlaqə saxladıqlarını bildirib:

“Yuventus”a qayıtmaq istərdim, bu mənim arzumdur. Mən baş məşqçi Massimiliano Alleqrinin oyunçusu olmaq və İtaliya klubunun azarkeşlərinin sevgisini yenidən hiss etmək istəyirəm. Agentim bütün maraqlı klublarla, o cümlədən “Yuventus”la əlaqə saxlayır. Biz Səudiyyə Ərəbistanına da gedəcəyik, bu liqa böyüyür”.

Bir neçə gün əvvəl “Los Anceles Qalaksi” klubu braziliyalı futbolçu ilə müqaviləyə xitam verib. O, ABŞ klubunun heyətində 51 matçda iştirak edib, 8 qol vurub və 8 məhsuldar ötürmə verib.

Shares: