Kürdəmirdə 2009-2010 təvəllüdlü idmançılar arasında yunan-Roma güləşi növü üzrə açıq rayon turniri keçirilib.
Yarışın açılış mərasimində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan igid Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə iştirak edən dövlət rəsmiləri, şəhid ailə üzvləri və məşqiçilər çıxış ediblər. Yarışın açılış mərasimi başa çatdıqdan sonra 78 güləşçi 10 çəki dərəcəsində öz güclərini sınayıb. Qalib qələn idmançılar Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Kürdəmir rayon üzrə gənclər və idman sektoru tərəfindən diplom və medallarla mükafatlandırılıb.
BƏHRUZ MUSAYEV, KÜRDƏMİR