Dieqo Simeone “Atletiko” ilə yeni müqavilə bağlamağa hazırlaşır. Baş məşqçi Madrid klubu ilə yayda bitəcək anlaşmasının müddətini daha üç il uzatmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, anlaşmada ona xitam verilməsi ilə bağlı xüsusi bənd var. “Atletiko” Çempionlar Liqasına vəsiqə qazanmayacağı halda hər iki tərəf müqaviləni birtərəfli qaydada poza bilər.

Bütün detallar razılaşdırılıb. Tezliklə rəsmi müqavilənin bağlanması və ictimaiyyətə açıqlanması gözlənilir.

53 yaşlı argentinalı mütəxəssis 2011-ci ilin dekabrından “Atletiko”ya rəhbərlik edir. O, üç dəfə anlaşmanı yeniləyib.

Shares: