İspaniya Kral Futbol Federasiyasının (RSFF) prezidenti Luis Rubiales üç il müddətinə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə FIFA-nın İntizam Komitəsi qərar qəbul edib.
Funksioner ali qurumun İntizam Məcəlləsinin 13-cü maddəsini pozduğu üçün cəzalandırılıb.
Luis Rubiales avqustun 20-də qadınlar arasında dünya çempionatının finalı zamanı baş vermiş hadisəyə görə ilkin olaraq 90 gün diskvalifikasiya edilmişdi.
Qeyd edək ki, İspaniya yığması DÇ-2023-ün finalında İngiltərəni 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Luis Rubiales mükafatlandırma mərasimində İspaniya millisinin üzvü Cennifer Ermosonu öpüb.