“Qızıl top” mükafatını qazanmaq hər bir futbolçunun arzusudur. Lakin bu , hər kəsə nail olmur. Bu gün mükafat növbəti dəfə təqdim ediləck. Bu vaxta qədər hansı ölkədən daha çox futbolçunun mükafata layiq görülməsini öyrənmək maraqlı olar.
Almaniya – 7 “Qızıl top”
Ümumilikdə Almaniyaya 7 mükafat gedib. Onları 5 fərqli futbolçu qazanıb. Frants Bekkenbauer və Karl-Hayns Rumenigge hərəyə iki dəfə “Qızıl top”a layiq görülüblər.
Herd Müller, Lotar Matteus və Mattias Zammer də mükafatçılar sırasında yer alırlar.
Fransa – 7 “Qızıl top”
Bu ölkə də 7 dəfə “Qızıl top” əldə edib. Almaniyada olduğu kimi mükafatları 5 fərqli futbolçu qazanıb. Mişel Platini 3 dəfə ən yaxşı futbolçu seçilib. Qalan laureatlar isə bunlardır: Raymon Kopa, Jan-Pyer Papen, Zinəddin Zidan və Kərim Benzema.
Niderland – 7 “Qızıl top”
Niderlandın da eyni sayda “Qızıl top”u var. Ancaq bunlar 3 futbolçu tərəfindən qazanılıb. Dünyanın ən güclü futbolçularından sayılan Yohan Kroyfun 3 mükafatı var. Marko Van Basten də karyerasının qısamüddətli olmasına baxmayaraq 3 dəfə “Qızıl top” əldə edib. Daha bir laureat isə Ruud Qullitdir.
Portuqaliya – 7 “Qızıl top”
Portuqaliya da Almaniya , Fransa və Niderland kimi 7 dəfə mükafatı qazanan ölkələrdəndir. Burada 5 “Qızıl top” Kriştiano Ronaldoya məxsusdur. Digər iki mükafatı isə Eysebio ilə Luiş Fiqu qazanıblar.
Argentina – 7 “Qızıl top”
Eyni saya Argentina da malikdir. Bu ölkə üçün bütün mükafatları Lionel Messi qazanıb. Bu gün Lionel ölkəsini bu siyahıda lider də edə bilər. Maradonanın bu siyahıda olmamasının bir səbəbi var. O zamanlar “Qızıl top” yalnız Avropa vətəndaşlarına verilirdi.