Azərbaycan Koşiki Karate-do Federasiyasının Kudo üzrə yığma komandası Litvanın Kaunas şəhərində keçirilmiş Avropa çempionatında 3 qızıl və 1 gümüş medal qazanıb.

Futbolinfo.az xəbər verir ki, 13 dövlətin, o cümlədən Bolqarıstan, Litva, Gürcüstan, Fransa, İtaliya, Ermənistan, Ukrayna, Malta, İngiltərə, Qırğızıstan, Estoniya və İspaniyanın iştirak etdiyi turnirə Azərbaycan 5 idmançı ilə (Vüsal Əliyev, Kənan İsmayılzadə, Sevinc Mövsümzadə, Rəşad Quliyev, Elbrus Səmədov) qatılıb.

Belə ki, idmançılardan -270 kateqoriyasında çıxış edən Vüsal Əliyev yarımfinalda Estoniya, final döyüşündə isə Litvadan olan idmançılara, -215 (U-19) kateqoriyasında çıxış edən Sevinc Mövsümzadə final qarşılaşmasında Malta idmançısına, -250 kateqoriyasında çıxış edən Elbrus Səmədov isə yarımfinalda Fransa idmançısına, final döyüşündə isə Ermənistandan olan idmançıya inamla qalib gələrək 1-ci yeri qazanıblar və qızıl medala layiq görülüblər. -230 (U-19) kateqoriyasında çıxış edən digər idmançımız Kənan İsmayılzadə isə yarımfinal döyüşündə İngiltərədən olan idmançıdan üstün olub, yalnız finalda Gürcüstan idmançısına məğlub olaraq gümüş medalla kifayətlənib.

Shares: