19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Lüksemburqda təşkil olunmuş qarşılaşmada Bosniya və Herseqovina yığması ilə qarşılaşan millimiz heç-heçə edib – 0:0.
U-19 seçmə mərhələdə növbəti oyununu noyabrın 18-də Niderlandın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.