Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası Latviyadan olan həmyaşıdları ilə qarşılaşıb. Samir Əliyevin rəhbərlik etdiyi kollektiv “Dalğa Arena”da keçirilən görüşü qalib başa vurub.
Futbolinfo.az xəbər verir ki, Mərdəkandakı matç yoxlama xarakterli olub. Qarşıdakı rəsmi oyunlara sınaq xarakterli qarşılaşmada yeganə qolu 32-ci dəqiqədə Camal Cəfərov vurub.
Qeyd edək ki, U-21 yığmamız AVRO-2025-in seçmə mərhələsi çərçivəsində noyabrın 21-də İspaniyada ukraynalı həmyaşıdları ilə üz-üzə gələcək.