Timo Verner İngiltərəyə qayıda bilər. Almaniya yığmasının hücumçusu “Leypsiq”dəki durumundan məmnun deyil.

Futbolinfo.az xəbər verir ki, Bundesliqada istədiyi qədər oynamaq şansı qazanmasına rəğmən, Verner Premyer Liqada daha üst səviyyəli matçlara çıxmaq istəyir. Onun arzusunu reallaşdırmaq həvəsində olan klublar isə az deyil. “Fulhem”, “Vest Hem” və “Kristal Pelas” Timonu qışda icarəyə götürməyə çalışır.

27 yaşlı oyunçu 2020-ci ildə 53 milyon avro qarşılığında “Çelsi”yə transfer olunmuş, iki il sonra 20 milyona “Leypsiq”ə qayıtmışdı. Onun almanlarla 2026-cı ilin yayınadək müqaviləsi var.

Shares: