“Neftçi” və Rusiyanın “Zenit” klubu yoxlama oyununda üz-üzə gəlib. Sınaq matçı üçün Bakıya gələn Sankt-Peterburq klubu əsas heyətinə güvənib.

Futbolinfo.az xəbər verir ki, “Neftçi Arena”dakı matç iyulun 1-də Sankt-Peterburqda baş tutan və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyunun revanşı da sayıla bilərdi. Bakılılar əvəz çıxmağı bacarıb. Rezuan Mirzovun dublu ümumi qələbə üçün kifayət edib.

Neftçi – Zenit 2:1

Qol: Rezuan Mirzov, 9; 62 – De Keyruş, 56.

“Neftçi”: 93. Rza Cəfərov, 6. Dieqo Valdes, 7. Azər Əliyev, 9. Andre Şinyaşiki, 15. Ruslan Abışov, 16. Lukas Melano, 17. Rəhman Hacıyev (k), 22. Reziuan Mirzov, 25. Aaron Olanare, 44. Yuri Matias, 99. Ervin Koffi.

Baş məşqçi: Adrian Mutu.

“Zenit”: 16. Denis Adamov, 2. Dmitri Çistiakov, 55. Rodriqao, 3. Duqlas Santos, 4. Danil Kriqovoy, 18. Aleksandr Kovalenko, 37. Du Keyruş, 11. Klaudinyo, 19. Aleksey Sutormin, 31. Qustavo Mantuan, 10. Uilson İzidor.

Baş məşqçi: Sergey Semak.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp