Azərbaycan millisində baş məşqçi Canni De Byazinin köməkçisi olmuş Benite Karbone açıqlama verib.

Futbolinfo.az saytına danışan italiyalı mütəxəssis De Byazinin yığmadan ayrılmasından və Belçikaya 0:5 hesabı ilə uduzduğu matçdan sonra jurnalistlər haqqında dediyi sözlərə münasibət bildirib:

“Keçmiş haqqında danışmaq istəmirəm. Azərbaycan yığmasından niyə ayrıldım, nə baş verdi? Bunu məncə, hamı bilir. Milyonlar bilir ki, ordan niyə getmişəm. Canni De Byazinin jurnalistlər haqqında verdiyi açıqlamanı gördüm. Onun niyə bu cür danışdığını bilmirəm, çünki orada yox idim və De Byazi haqqında da heç bir şey danışmaq istəmirəm. Ancaq azərbaycanlı azarkeşlərdən, federasiya rəhbərliyindən, bütün oyunçulardan və jurnalistlərdən bu açıqlamaya görə üzr istəyirəm. Azərbaycanda məni çox yaxşı qarşılamışdılar, buna görə orada tanıdığım hər kəs hörməti haqq edir. Bütün karyeram boyu Bakıda qalmaq istəyərdim”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp