Səudiyyə Ərəbistanında “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun şərəfinə muzey açılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə portuqaliyalı futbolçu özünün sosial şəbəkə hesablarında yazıb: “Bu mənim hekayəmdir. Madeyradan Səudiyyə Ərəbistanına qədər mənim imzam olan CR7 muzeyim indi Ər-Riyadda açıqdır”.

Muzeydə Ronaldonun fanatları onun köynəkləri, şəxsi mükafatları və ayaqqabıları kimi şəxsi xatirə əşyalarının unikal kolleksiyasını araşdıra bilərlər. Muzeydə həmçinin hücumçunun bir çox kubok və medalları nümayiş etdirilir. Muzeydə Ronaldonun mum heykəli də nümayiş etdirilir.

Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp