“Atletiko” Nahuel Molina ilə yeni müqavilə imzalayacaq. Madridlilər aparıcı oyunçusunu 2028-ci ilin yayınadək heyətində saxlamaq istəyir.

Futbolinfo.az xəbər verir ki, 2022-ci ilin yayında “Udineze”dən 20 milyon avroya transfer edilən 25 yaşlı argentinalı o vaxt 5 illik müqavilə imzalamışdı. Lakin sağ cinah oyunçusunun çıxışı ispan klubunu qane etdiyindən müddət daha da uzadılacaq. Digər klubların maraq dairəinə düşən oyunçunun qazancı artırılacaq, eyni zamanda müqaviləyə sərbəstqalma maddəsi əlavə ediləcək.

Molinanı transfer etmək istəyən klublar 70 milyon avrosundan keçməli olacaq. Tərəflər bu bəndin də yer alacağı müqaviləyə razılaşıb. Tezliklə rəsmi açıqlama verilməlidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp