PSJ də Qabriel Moskardonu heyətinə qatmaq istəyən klubların sırasına qoşulub. Daha öncə İngiltərə nəhəngləri gənc istedada maraq göstərirdisə, parislilərin rəqabətə qoşulması ilə oyunçunun seçim imkanı çoxalıb.

Futbolinfo.az xəbər verir ki, 18 yaşlı braziliyalı qarşıdakı yay Avropaya köçmək istəyir. “Korintians” daha üç illik müqaviləsi olan yarımmüdafiəçini daha baha qiymətə satmaq üçün onunla vidalaşmağa tələsmir. Amma futbolçu vətənində qalmaq niyyətində deyil və tez parlamaq üçün klub axtarır.

Bir ara “Çelsi” Moskardonu heyətinə qatmaq üzrə olduğu yazılırdı. Lakin sonradan bəlli oldu ki, londonlularla anlaşma mümkün olmayıb. “Arsenal”, “Leverpul”, eləcə də Mançester nəhənglərinin diqqət göstərdiyi Qabrielə indi PSJ daha çox maaş təklif edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp