“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası növbəti avrokubok matçını keçirib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu UEFA Gənclər Liqasının oyununa çıxıb.

Famil Xəlilovun yetirmələri Çempionlar yolunun 2-ci mərhələsində “Olimpiakos”la qarşılaşıb. Qəbələdə 0:3 hesabı ilə uduzan “qırmızı-qaralar” cavab qarşılaşmasını Yunanıstanda keçirib.

Hesabı Pirey təmsilçisi açıb. Meydan sahibləri ilk hissədə fərqləniblər. Fasilədən sonra daha üç qol vuran “Olimpiakos” 4:0 hesablı qələbə qazanıb. “Qəbələ” bu oyunla avrokubok mövsümünü başa vurub.

Xatırladaq ki, “Qəbələ” ilk mərhələdə Macarıstan çempionu “Puşkaş Akademiya”nı üstələyib – 1:1, 1:0.

Shares: