“Molde” – “Qarabağ” oyunu çox maraqlı keçəcək. Hər iki komandanın növbəti mərhələ şansı olduğu üçün gərgin matç olacaq”. Bunu futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın və Norveç millisinin sabiq futbolçusu Tarik Elyunussi deyib.

35 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda baş tutacaq “Molde” – “Qarabağ” qarşılaşmasından danışıb.

O, Azərbaycan təmsilçisi üçün ağır oyun keçəcəyini bildirib: “Molde”ni müəyyən qədər üstün saymaq olar. Çünki evdə oynayırlar. Üstəlik, meydança sünidir və bu, “Qarabağ” üçün çətinlik yaradacaq. Ev sahibi komanda buna öyrəşib. Norveçdə hava da çox soyuqdur. Hazırda demək olar ki, ölkənin bütün şəhərlərində mənfi temperatur var. Bu da çox problem yarada bilər. Bakıda keçirilən matçda “Qarabağ” rəqibini açıq-aşkar üstələmişdi və qalib gəlməyi bacarmışdı. Qələbəyə layiq idilər. Moldedə isə bu cür oyun sərgiləməsi asan deyil. Fərqli meydança, ab-hava… Bütün bunlar Qurban Qurbanovun komandasına mane ola bilər. Amma təcrübəli mütəxəssisin də yəqin ki, öz planları var. Kim güclüdürsə, o qazansın”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp