Türkiyənin 1-ci liqasında 14-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Kocaelispor”un qonağı olub.

Diniyev 3:0 hesabıyla qalib gəldikləri bu oyuna start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib. O, 28-ci dəqiqədə fərqlənməklə “Ümraniyəspor”da ikinci qolunu vurub.

“Ümraniyəspor” hazırda 15 xalla 12-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp