Dünən qarşıdan gələn 2024-cü il mövsümü üçün Formula 1-in start düzlüşünün tam tərkibi müəyyənləşib. Formula 1 komandaları arasında sonuncu boş yer “Williams” komandası ilə müqaviləni uzadan Loqan Sargentə qismət olub. Beləliklə də, 2023-cü il mövsümünü başa vuran 20 sürücü növbəti Formula 1 mövsümündə də mübarizə aparacaq.
Qeyd edək ki, bu, Formula 1 tarixində ilk dəfədir ki, baş verir. Başa çatan mövsümün ilk yarışlarında pilotların tərkibi fərqli idi. Belə ki, “Alpha Tauri” komandasında mövsümə niderlandlı Nik de Vris başlamışdı. Lakin empionatın gedişatında onu avstraliyalı Daniel Rikkardo əvəzləmişdi.
Xatırladaq ki, başa çatan Formula 1 çempionatında “Red Bull”u təmsil edən Maks Ferstappen dünya çempionu olub.