“Neftçi” – “Zirə” oyununun xüsusilə ilk hissəsində tribunalar meydan sahiblərinn futbolçularından daha fəal idi. “Forza Neftçi” üzvlərinin şüarları da Adrian Mutunun yetirmələrinin çıxışından daha rəngarəng idi.

Azarkeşlər dayanmadan müxtəlif mahnılar oxudu, şüarlar səsləndirdi. Onların hədəfi futbolçular, baş məşqçi və rəhbərlikdən yalnız Kamil Məmmədov idi. Xüsusilə bu komandanı formalaşdıran, məşqçini gətirən və legioner futbolçuları tapan sonuncu haqda müxtəlif şüarlar səsləndirildi. Qəzəbli fanatlar “10 min yaz, 5 min sil” şüarı ilə çox mətləblərə işarə vurdular.

Müşahidə Şurasının müşaviri olan Kamil bəyin nələr etdiyini elə şura özü araşdırmalıdır. Hətta klubun baş icraçı direktorundan da yüksək tutulan bu şəxs barədə bizim yazdıqlarımız zatən oxuculara bəllidir. Amma yenə ona inandılar və komandanın nəticələrinə görə də yəqin ki, o hesabat verəcək.

Amma dəqiq olan “Neftçi” azarkeşlərinin hiddətinin həddidir. Növbəti rəhbər dəyişikliyindən sonra yenə arzuları puç olan fanatlar klubu indiki vəziyyətdə görmək istəmir, tarixinə layiq əzəmət gözləyir. Onlar dünənki qələbə kimi aldadıcı uğurlar istəmirlər, əsl komanda arzulayırlar.

“Forza Neftçi” azarkeşləri dünən onlara yaraşmayan bir hərəkət də etdi. Bütün oyunların 44-cü dəqiqəsində şəhidlərimz yad edilir, bu dəfə “Zirə” tərəfdarları “Şəhidlər ölməz, Vətən bölünməz” qışqırarkən onlar susdu. Halbuki bu şüarı düşünən də, ənənəyə çevirən də məhz “Neftçi” azarkeşləri olub. Bəlkə də qəzəbdən, bəlkə də səsləndidikləri digər şüarlardan sonra şəhidləri xatırlatmağın ayıb olduğuğnu düşündüklərindən…

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp