Millətlər Liqasının 2024-2025 mövsümündə iştirakçılar səbətlərə bölünüb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisi yenə C Liqasında mübarizə aparacaq.

Yığmamız püşkatma zamanı II səbətdə yer alacaq. I səbətdə olan potensial rəqiblər sırasında Ermənistan da var. Lakin UEFA-nın məlum qərarı səbəbindən bu komandalar eyni qrupa düşməyəcəklər.

Millətlər Liqasında yeni mövsümün püşkatma mərasimi gələn il fevralın 8-də Fransanın paytaxtı Parisdə təşkil olunacaq. Qruplarda ilk oyunlar isə sentyabrın 2-də baş tutacaq. Birinci yeri tutacaq komandalar yuxarı liqada iştirak hüququ əldə edəcək, ikinci pillənin sahibləri pley-offda mübarizə aparacaqlar. Qruplarda sonuncu yerlərin sahibləri isə aşağı liqaya yuvarlanacaq.

A Liqası

I səbət: İspaniya, Xorvatiya, İtaliya, Niderland

II səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan

III səbət: İsveçrə, Almaniya, Polşa, Fransa

IV səbət: İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya

B Liqası

I səbət: Avstriya, Çexiya, İngiltərə, Uels

II səbət: Finlandiya, Ukrayna, İslandiya, Norveç

III səbət: Sloveniya, İrlandiya, Albaniya, Monteneqro

IV səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan

C Liqası

I səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq

II səbət: Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları

III səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr

IV səbət: Belarus, Litva/Cəbəllütariq, Estoniya, Latviya

D Liqası

I səbət: Litva/Cəbəllütariq, Moldova

II səbət: Malta, Andorra, San Marino, Lixtenşteyn

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp