Xorvatiyada bütün diqqətlər qış fasiləsi öncəsi çempionatın 19-cu turunda keçiriləcək “Dinamo” (Zaqreb) – “Hayduk” (Split) oyununa yönəlib.

Futbolinfo.az saytı xəbər verir ki, əzəli rəqiblərin dueli öncəsi çempionluğa iddia edən komandalar 18-ci tur matçına çıxacaqlar.

“Hayduk” sabah Zaqrebdə “Lokomotiva”nın qonağı olacaqsa, ertəsi gün “Dinamo” eyni şəhərdə “Rudes”i qəbul edəcək. Hər iki komandanın heyətində 5 futbolçunun derbini buraxmaq təhlükəsi var. Belə ki, ümumilikdə 10 oyunçu cari mövsüm Xorvatiya çempionatında 2 sarı vərəqə alıb. Növbəti “sarı” onların cəzalı duruma düşmələrinə səbəb ola bilər.

Cəzalı limitində olanlardan biri də “Dinamo”nun formasını geyinən Azərbaycan millisinin hücumçusu Mahir Emrelidir. Forvard “Rudes”lə matçda da sarı vərəqə alsa, “Hayduk”la görüşdə komandasına kömək edə bilməyəcək. Onunla yanaşı, komanda yoldaşları Dino Periç, Qabriel Vidoviç, Kevin Teofil-Katerin və Yosip Misiç də eyni təhlükə ilə üz-üzədirlər.

Qeyd edək ki, 17 oyunda 39 xal toplayan “Hayduk” Xorvatiya çempionatına liderlik edir. Ehtiyatında iki matçı olan “Dinamo” isə 30 xalla üçüncü pillədədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp