Qış fəslində qapalı hovuzda üzməyin həm fiziki, həm də psixoloji cəhətdən xeyri var. Bu, qan dövranına, immun sisteminə müsbət təsir edir.

Xəstəliklərin daha çox rastlandığı qış fəslində qazanılan möhkəm immunitet orqanizmin dayanıqlılığını gücləndirir. Buna su prosedurları ilə nail olmaq mümkündür.

Üzgüçülük və ya suda idman. Deyilənə görə, bütün bədən əzalarının hərəkətdə olduğu idmanın bir növü. Əsasən də sinir, nəfəs və ürək-damar sistemini yaxşılaşdıran su hərəkətləri ilin bütün fəsillərində əlçatandır. Elə havaların soyumağa doğru getdiyi indiki dövrdə də.

53cf51e4 eb81 410e b002 687a38a0bc0a - Futbolinfo.az

Xəyalə Əhmədova (həkim): “Qış aylarında uşaqlarda fəsildən asılı olaraq depressiya yaranır, qan dövranı zəifləyir. Ona görə də üzgüçülük onlar üçün ən yaxşı üsuldur. Həm də üzgüçülük ürək-damar sisteminə yaxşı təsir göstərir. Eyni zamanda immun sistemini möhkəmləndirir. Çünki isti və soyuqla təmas olur deyə, uşaqlarda yaxşı immunitet formalaşır. Xəstəliklərin sayı da bu zaman azalmağa başlayır”.

Bu idman növünə hobbi və ya vaxt keçirməyin bir növü kimi də baxanlar az deyil. Elə Gəncə Olimpiya Kompleskinin üzgüçülük hovuzuna müraciətlər də bunu deməyə əsas verir. Burada müxtəlif yaş qrupları üzrə məşqlər də keçilir.

51bcca2d 2404 463f ac52 29716d289e29 - Futbolinfo.az

Məzahir Hüseynzadə (üzgüçü): “Uşaqlığımdan bu idmana böyük həvəsim olub. 10 yaşımdan bu idman ilə məşğul oluram. İndi 15 yaşım var. Qışda məşqlərimiz daha əlverişlidir. Daha yaxşı üzürük. Brass üzrə şəhər çempionu olmuşam. Həmyaşıdlarımı bu idman növü ilə məşğul olmağa çağırıram”.

046b1ad0 6a1a 4891 b5d1 80ea641c9aa3 1 - Futbolinfo.az

Üzgüçülükdə diqqət edilməli məqamlardan biri də düzgün su və nəfəs hərəkətləri etməkdir. Bu işdə isə köməyə məşqçilər gəlir.

bd0ec1cb 5866 4ba5 866a 0c79d4afb179 - Futbolinfo.az

İradə Kərimova (məşqçi): “Bütün gigiyenik qaydalara riayət edirik. Suyumuzun dərəcəsi 30-a yaxındır. 29-30 dərəcə olur. İstəyərdim ki, uşaqlarımız, xanımlarımız gəlsinlər, üzsünlər, məşq etsinlər. Yaxşı qruplarımız var. Həmin qruplarda uşaqlarımızı öyrədirik”.

Peşəkar müəllimlər tərəfindən gənc üzgüçülərə bu idman növünün sirləri və üsulları öyrədilir. Həm idman, həm sağlamlıq – bu fürsəti qaçırmaq olmaz. Hamı üçün əlçatandır, elə bu gündən suya baş vurmağa dəyər.

BƏHRUZ MUSAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 1 1 1 1 768x615 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 - Futbolinfo.az
Shares: