Kiyev”Dinamo”sunun 66 yaşlı sabiq üzvü İvan Şariy İrəvanda başlarına gələn hadisəyə aydınlıq gətirib.
“Mən orada idim. İrəvanda son turda oyun idi. “Ararat” biz qalib gəlsəydi, Güclülər Dəstəsində qalacaqdı. Bizə bir çemodan pul təklif etdilər ki, uduzaq. Pulları da paltardəyişmə otağına gətirmişdilər. Lobonovski qəti şəkildə etiraz etdi və oyuna da güclü heyəti buraxdı. Vəziyyət çox gərgin idi. Həm oyun vaxtı, həm də oyundan sonra. 2:0 qalib gəldik. Tribunalardan çox sayda yad əşyalar, şüşə qablar atırdılar”, – deyə Şariy hadisə haqda danışıb.
Xatırladaq ki, 1977-ci ilin SSRİ çempionatında Kiyev komandası vaxtından əvvəl çempion olmuşdu. “Ararat” isə 29-cu turun təxirə salınmış “Torpedo” (Moskva) ilə oyununu sonradan keçirərək lazım olan 1 xalı qazanaraq Güclülər Dəstəsində qalmışdı.