Bu gün tennis üzrə ilin ilk “Böyük dəbilqə” turnirinə start verilib. Melburnda keçirilən yarışın ilk günündə ciddi sensasiya olmayıb. Turnirin onqat qalibi Novak Cokoviç 18 yaşlı xorvat tennisçi Dino Pirjimiçi məğlubiyyətə uğradıb. Bunun üçün Novaka 4 set lazım gəlib. Əlavə edək ki, bu, Cokoviç üçün Avstraliyada 90-cı qələbə olub.

Dünya reytniqinin 6 nömrəsi Andrey Rublyov böyük çətinliklə üzləşib. Braziliyalı Vayldla qarşılaşmanın ilk 2 setində qalib gəlməsinə baxmayaraq , hadisələr onun üçün asan davam etməyib. 3-cü və 4-cü setlərdə qələbə qazanan braziliyalı hesabı bərabərləşdirib. Həlledici set tay-brekə qədər uzanıb. 4:1 önə çıxmasına baxmayaraq Seybot Vayld üstünlüyü əldən verib. Beləliklə də, Rublyov turnirə qələbə ilə başlayıb.

Çempionatın əsas favoritlərindən sayılan Yannik Sinner çətinlik çəkmədən növbəti mərhələyə adlayıb. O, niderlandlı Van de Zandsxulpa 3 setdə qalib gəlib. Sinnerin həmyerlisi Matteo Berrettini isə turnirlə vidalaşıb. İtalyan tennisçi zədəli olduğuna görə oynamaqan imtina edib.

5 set davam edən oyunda amerikalı Teylor Frits argentinalı Diaz Akostadan üstün olub.

Qadınların turnirində də gözlənilməz nəticə qeydə alınmayıb. Turnirin ötənilki qalibi Arina Sobolenka alman Yelizabet Saydellə görüşdə yalnız bir geymdə məğlub olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp