Bərdə Olimpiya İdman Kompleksində kyokuşin-karate idman növü üzrə 2007-2008, 2009-2010, 2011-2012, 2013-2014, 2015-2016 və 2017-2018-ci il təvəllüdlü oğlanlar arasında rayon birinciliyi keçirilib.
Tədbiri giriş sözü ilə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun müdiri Aydın Qasımov açaraq yarış iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb. Sonra ölkə rəhbəri tərəfindən idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğıdan, son illər Azərbaycan idmançılarının müxtəlif idman növlərində beynəlxalq səviyyəli yarışlarda əldə etdikləri yüksək nailiyyətlərdən danışılıb.
Gərgin idman mübarizəsi şəraitində baş tutan yarışda yüksək yer tutan idmançılar medal və diplomlarla mükafatlandırılıb. İlk yerin sahibləri paytaxt Bakıda təşkil olunacaq Azərbaycan çempionatına vəsiqə əldə edib.