Minifutbol üzrə Azərbaycan çempionatında 6-cı tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk gündə 4 oyun keçirilib.
Məhsuldar alınan qarşılaşmalarda qapılara ümumilikdə 43 qol vurulub. Autsayderlərin duelində “Baku Fire”ni üstələyən “Sumqayıt” mövsümdə ilk qələbəsini qazanıb.
Turun qalan oyunları bu gün keçiriləcək.
“Atəşgah Suraxanı” – “Dinamo Gəncə” 6:6
“Real Bakı” – “Siyəzən” 10:4
“Baku Fire” – “Sumqayıt” 3:5
“Odlar Yurdu” – “Turan” 5:4