Qift Orban Fransada oynayacaq. Azarkeşlərimizə “Qarabağ”la oyunlardab tanış olan hücumçu Liqa 1-ə köçür.

Futbolinfo.az xəbər verir ki, “Gent” hücumçusunu satmağa qərar verib. İngiltərə klubları ilə anlaşmaq mümkün olmayıb, əvəzində Lion “Olimpik”i transferi reallaşdırıb. Fransa klubu hücumçu üçün 13 milyon avro ödəyəcək.

Belçikalıların bir il öncə “Stabek”dən 3 milyon avroya transfer etdiyi nigeriyalı, ilk dəfə “Böyük Beşlik” ölkəsinin çempionatında top qovacaq. 20 yaşlı hücumçunun 4 illik müqavilə imzalayacağı gözlənilir. Onun “Gent”lə müqaviləsi 2027-ci ilin yayında başa çatacaqdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp