İtaliyanın gənclər millisinin sabiq qapıçısı Vinçentso Fiorilyonun Azərbaycanda oynamaq imkanı olub.

Futbolinfo.az xəbər verir ki, bunu “Salernitana”nın oyunçusu özü açıqlayıb.

“Yuventus”un keçmiş qolkiperi bildirib ki, 2018-ci ildə “Peskara”da olarkən “Qarabağ”dan təklif alıb: “Çempionlar Liqasında çıxış edən “Qarabağ” qapıçı axtarırdı və şirnikləndirici təkliflə çıxış etdi. Lakin mən “Peskara”da qalmağı üstün tutdum”.

Vinçentso Fiorilyo 2021-ci ildən “Salernitana”nın şərəfini qoruyur.

Shares: