“Jirona”nın İspaniyada uğurlu çıxışında müstəsna rol oynayan ukraynalı futbolçuların sayı arta bilər. La Liqanın liderlərindən olan klub daha bir futbolçunu heyətinə qatmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, Aleksandr Pixalenko “Jirona”ya yollanan 3-cü ukraynalı olmağa yaxındır. “Dnepr-1″in futbolçusu elə bu ay İspaniyaya gedə bilər. Artyom Dovbik və Viktor Tsqanovun uğurlu çıxışı ona da yol açıb.

“Montsa”, “Beşiktaş” və “Olimpiakos”un da maraqlandığı 26 yaşlı yarımmüdafiəçi “Şaxtyor” yetirməsidir. O, 2021-ci ilin yayında 700 min avro müqabilində indiki komandasına keçib. Hazırda futbolçunun dəyəri 5 milyon avro ilə ölçülür.

Shares: