“Barselona”nın baş məşqçisi Xavi Ernandesin kreslosu laxlayıb. İspaniya mətbuatın yazdığına görə, hazırda heyətdə olan futbolçuların böyük əksəriyyəti onun komandanı çətin durumdan çıaracağına inanmır.

Futbolinfo.az xəbər verir ki, Rafael Markeslə əvəzlənməsi gözlənilən çalışdırıcı qarşıdakı oyunlarda vəziyyəti düzəltməsə, istefası qaçılmaz olacaq. Xüsusilə “Real”a Superkubokdakı məğlubiyyətdən sonra “Barselona”da daxili ab-hava ürəkaçan deyil.

Xavi isə ümidini itirmir. Amma o, getməyi də gözə alıb: “Oyunçular məni dəstəkləməyi dayandıran gün əşyalarımı yığıb evə gedəcəyəm. Finalda, “Real”la matçda məğlubiyyət ağrı və təzyiq yaradır. Amma komanda güclüdür, oyunçular bizə inanırlar. Düzdür, çox zəif oynadıq, lakin biz ötən mövsümün uğurunu təkrarlamaq istəyirik”.

Hazırda “Barselona” İspaniya çempionatında 41 xalla 3-cü yeri tutur.

Shares: