Qış transfer pəncərəsinin fəallarından olan Marsel “Olimpik”i heyətinə yeni futbolçu qatıb. Renan Lodini “Əl Hilal”a satan fransızlar əldə edilən pulu yeni oyunçulara sərf edir.

Futbolinfo.az xəbər verir ki, Faris Mumbanyanın transferi artıq reallaşıb. “Olimpik” 23 yaşlı hücumçu üçün “Bude Qlimt”e 8 milyon avro ödəyəcək.

Norveç klubu cəmi bir il öncə 350 min avroya transfer etdiyi kamerunlunun növbəti satışlarından da paya sahib olacaq.

Shares: