“Qəbələ”nin israilli yarımmüdafiəçisi Feras Abu Akalın futbolinfo.az saytına müsahibəsi

– Uzun müddət sonra komanda ilə məşqlərə qoşuldun. Vəziyyət necədir?

– Çox sevinirəm ki, bu ağır zədədən sonra komandama geri döndüm. Komanda yoldaşlarımla məşq etmək məni sevindirir. Hər şeyin daha yaxşı olmasını arzulayıram.

– Nə zaman oynamağa hazır olacaqsan?

– Tezliklə çempionat matçlarında meydana çıxmağa hazır olacam. Əminəm ki, uzun müddət kənarda qalmağıma baxmayaraq, komandama kömək edəcəm.

– “Qəbələ”nin vəziyyəti heç də yaxşı deyil. Təlim-məşq toplanışı Premyer Liqanın ikinci yarısında daha yaxşı olmağa ümid yaradır?

– Məşqlər çox yaxşı keçdi. Mən komandama inanıram. Çempionatın ikinci yarısında daha yaxşı şeylər edəcəyimizə, son pillələrdən xilas olacağımıza ümid edirəm. Bunun üçün potensial və keyfiyyətimiz var.

– Bunun üçün sizə nə lazımdır?

– Hər şey açıq olaraq qalır və heç nə bitməyib. Bizim hələ qarşıda 18 oyunumuz var. Gücümüzə, qüvvəmizə inanıram və biz yuxarı yerlərə qalxacağıq.

– Nə zaman tam olaraq öz performansına qayıdacaqsan?

– İnşallah, növbəti ay tam hazır olacam və bütün gücümlə oynaya biləcəm.

– Komanda yalnız bir transfer edib keçmiş futbolçusu Klesio Bauku heyətə qaytardı. Əvəzində Omar Hani klubdan ayrıldı. Bu cür vəziyyət çətinlik yaratmayacaq?

– Omar bizim üçün vacib oyunçu idi. Ona yeni komandasında uğurlar arzulayıram. Amma Bauk da bizim üçün yaxşı işlər görəcək. Heyətimizə güvənirəm.

– Çempionata “Sumqayıt”la oyunla başlayacaqsınız…

– Bu matçda qələbə bizim üçün çox vacibdir.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp