Formula 1 komandası “Alpha Tauri”, adını “Visa Cash App Racing Bulls” olaraq dəyişə bilər.

“Alpha Tauri” üçün hazırlanmış racingbulls.com portalı istifadəçini avtomatik olaraq visacashapprb.com ünvanına yönəldir. Bu da “Visa” və “Cash App”in komandanın yeni titul sponsoru olacağı deməkdir.

Əlavə edək ki, 2024-cü il mövsümündə “Alpha Tauri”nin heyəti dəyişməz qalacaq. Avstraliyalı Daniel Rikkardo və yapon Yuki Tsunoda bu il də komandanı təmsil edəcək.

Xatırladaq ki, daha əvvəl komandanın “Racing Bulls” adlanacağı barədə məlumat yayılmışdı.

Shares: