“Neftçi”nin futbolçusu Ataa Caber Fələstin yığmasında növbəti matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, o, Qətərdə keçirilən Asiya Kubokunun qrup mərhələsi çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri yığması ilə oyunun iştirakçısı olub.
1:1 hesabıyla bitən matçın 64-cü dəqiqədə meydana buraxılmış Caber, 90+9-cu dəqiqədə sarı vərəqə də alıb.
Hazırda Fələstin yığması 1 xalla yer aldığı C qrupunda 3-cü pillədə qərarlaşıb.