Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun Polşa klubu LKS-ə keçidi rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, Lodz təmsilçisi 28 yaşlı müdafiəçini rəsmi saytı vasitəsilə təqdim edib.
“Qarabağ”dan alınan mərkəz müdafiəçisi Polşa Ekstraklasa klubu ilə 1,5 illik müqavilə imzalayıb.
LKS hazırda Polşa çempionatında 10 xalla sonuncu pillədə qərarlaşıb.